1143 29-10-2019

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

      Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın növbəti iclası keçirilib.

     BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb, universitetin 100 yaşının tamam olması münasibətilə bütün kollektivi təbrik edib. Bildirib ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib, noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. 100 yaşlı universitetin tarixinə qısa nəzər salan rektor Elmi Şura üzvlərindən gün ərzində müxtəlif auditoriyalara gedib tələbələrə şanlı tarix haqqında məlumat verməyi xahiş edib.

    Universitetin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verən rektor yubileyin UNESCO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, eyni zamanda, bu ali təhsil ocağının Qazax filialında, Mingəçevir Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada, o cümlədən digər elm və təhsil mərkəzlərində qeyd edildiyini diqqətə çatdırıb.

     Rektor, eyni zamanda, yubiley münasibətilə hazırlanmış kitablar haqqında danışıb, 100 illiklə bağlı elan edilmiş yaradıcılıq müsabiqələrinə yekun vurulduğunu, yaxın günlərdə qaliblərin elan ediləcəyini bildirib.

    İclasda yubiley münasibətilə universitetin bütün əməkdaşlarının hər birinə 500 manat miqdarında mükafat verilməsi, rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhət Şurası üzvlərinin universitetdə “Kitab evi”nin yaradılması barədə verdikləri təklif,  Bakı Dövlət Universiteti və BDU Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış Kollektiv müqavilənin təsdiqi barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

    İclasda Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı haqqında məlumat verib.

    İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Digər yazılar

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində görüş

Professor Cahangir Məmmədli ilə görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib