1169 01-10-2020

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. İşğalçı Ermənistan dövləti tərəfindən mülki əhalinin hədəf seçilməsi ilk hal deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.

O bildirib ki, birinci Qarabağ savaşı zamanı da ermənilər hər zaman mülki əhalini hədəf götürürdülər. Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır. Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Bütün bunlar göstərir ki Ermənistan üçün beynəlxalq hüququn norma və prinsipləri mövcud deyil. Vüqar Zifəroğlu qeyd edib ki, son bir ayda ermənilər tərəfindən sistemli şəkildə Qarabağ ərazisinə yaxın Şərqdən –Livandan, Suriyadan terror təşkilatlarının nümayəndələrinin köçürülməsi prosesinə başlanılıb: “Ermənilərin məqsədi terror qruplaşmalarından Azərbaycana qarşı istifadə etməkdir. Ermənistan bir terror dövlətidir. Təsadüfi deyil ki, dünyada Ermənistan dövləti, kilsəsi və diasporu tərəfindən maliyyələşdirilən 17-yə qədər terror təşkilatı var. Ermənistan regionda törətdiyi təxribatlarla Cənubi Qafqazda sülhə təhdiddir”.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

O bildirib ki, müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. “İkinci isə birincidən daha təhlükəli və miqyasına görə genişdir. Döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. İnformasiya müharibəsində qalib, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik. Heç bir halda cəbhə xəttindən çəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa, nişan verəcək vizual görüntüləri yaymamalıyıq. Çəkən və paylaşanlardan bu görüntüləri dərhal silmələrini tələb etməliyik. Sosial mediada hər hansı fikir bildirərkən cəmiyyətimiz qarşısında daşıdığımız sosial məsuliyyətimizi nəzərə almalıyıq”, - deyə Vüqar Zifəroğlu qeyd edib.

Digər yazılar

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində görüş

Professor Cahangir Məmmədli ilə görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək