1047 26-01-2021

Professor Cahangir Məmmədli ilə görüş

Tədbiri giriş sözü ilə açan fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev tələbə-jurnalistlərlə qocaman müəllimlər arasında belə görüşlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Tədbirin Cahangir Məmmədlinin doğum gününə təsadüf etməsindən dolayı müəllimi təbrik edən natiq ona can sağlığı və işlərində müvəffəqiyyət arzu edib. Söz alan fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev də öz növbəsində Cahangir müəllimi təbrik edərək onun elmi-pedaqoji fəaliyyətindən, jurnalistikanın inkişafındakı xidmətlərindən söhbət açıb.
Sonra söz C.Məmmədliyə verilib. Cahangir müəllim jurnalistikaya olan sevgisindən, fakültəyə gəlişindən, tələbəlik illərindən, fakültədəki müsbət atmosferdən danışıb. O, fakültədə istər tələbə, istərsə də müəllim işləyərkən böyük ustad Şirməmməd Hüseynovun ona daim hamilik etməsindən şükranlıqla danışıb. C.Məmmədli junalistikanın çətin və məsuliyyətli sənət olduğunu qeyd edərək, əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb. Cahangir müəllim jurnalistikanın sirləri ilə bağlı tələbə-jurnalistlərə dəyərli məsləhətlərini verib, onlara özünü bu ixtisas üzrə yetişdirməyin əsas şərtlərini izah edib.
Daha sonra C.Məmmədli tələbələrin çoxsaylı və maraqlı suallarını cavablandırıb.

Digər yazılar

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək