678 25-02-2021

BDU-nun Jurnalistika fakültəsində görüş

Azərbaycanda idman jurnalistikası bütövlükdə jurnalistikanın mühüm bir qolu kimi inkişaf etməkdə, genişlənməkdədir. Ölkəmizdə 2 rəsmi idman telekanalının, sahəni işıqlandıran bir neçə ixtisaslaşmış qəzet və jurnalın, çoxsaylı internet saytlarının olması bunu təsdiq edir.
Adətən öz peşələrində kamil insanlar çox şeyi bilmədiklərini söyləyir, daim öyrənməyə, yenilikləri əxz etməyə çalışırlar. Bir çox yarımçıq “mütəxəssislər” isə əksinə, hər şeyi bildiklərini iddia edir, təcrübəli və kamil insanlardan öyrənməyi özlərinə sığışdırmırlar.  Təəssüf, indi idman jurnalistikasında da belədir. Kütləvi informasiya vasitələrində geniş oxucu, tamaşaçı və dinləyici kütləsinə təqdim edilən yazı, veriliş və şərhlərdə bunun tez-tez şahidi oluruq. Ona görə ki, bu gün mediada çalışan və müstəqil fəaliyyət göstərən yazarların böyük əksəriyyəti ali və orta ixtisas məktəblərində mühasib, mühəndis, politoloq, bioloq, texnoloq, mexanizator və digər ixtisaslar üzrə  təhsil alıblar.
Doğrudur,  idman mediamızda başqa sahələr üzrə təhsil almış, lakin jurnalist kimi özünü təsdiq etmiş qələm adamlarımız olub və var. Uzun illər “İdman” və “Sport” qəzetlərinə rəhbərlik etmiş Aqşin Kazımzadə, televiziyada futbol şərhləri ilə yaddaşlarda yaşayan Valid Sənani, bu gün “80 yaşını adlasa da “Xalq qəzeti”ndə idman şöbəsinə rəhbərlik edən əməkdar jurnalist Oqtay Bayramov başqa sahələrdə təhsil alıblar. Lakin, necə deyərlər, “hər oxuyan Molla Pənah olmaz”.  Peşə ilə təhsil bir-birini tamamlayanda daha böyük uğurlar qazanmaq olar.
Bu gün idman mediasında çalışan, lakin başqa ixtisas üzrə təhsil alanlar arasında istedadlı, öz işini sevən yazarlarımız az deyil. Belələrinin peşəkar jurnalistika üzrə nəzəri biliklərini artırmaq, peşə vərdişlərini düzgün istiqamətləndirmək üçün mütəmadi qaydada seminarlara, kurslara, monitorinqlərə cəlb edilmələri, əlbəttə, böyük səmərə verər.
Bu istiqamətdə uğurlu addımlar atılması yolunda maraqlı layihələrə start vermək məqsədilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının nümayəndə heyəti Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində olmuşdur. Yeri gəlmişkən, öz fəaliyyətinin 26-cı ilinə qədəm qoyan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası İcraiyyə Komitəsinin doqquz üzvündən beşi ali jurnalist təhsillidir. Onlardan da dördü Bakı Dövlət Universiteti Jurnalistika Fakültəsinin məzunudur.
Fakültənin dekanı Vüqar Zifəroğlu AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılovu, təşkilatın baş katibi Rövşən Binnətlini və vitse-prezidenti Anar Şabanoğlunu təhsil ocağında salamlamaqdan məmnunluğunu ifadə etdi.
Qarşılıqlı əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsindən sonra dekan aparıcı əməkdaşlarla birlikdə qonaqları fakultənin maddi-texniki bazası ilə yaxından tanış etdi. Peşəkar kadrların hazırlanması üşün yüksək standartlara cavab verən şərait AİJA rəhbərliyini yaxşı mənada təəccübləndirdi.
İdman jurnalistlərin ixtisaslarının təkmilləşdirilməsinə davamlı olaraq mümkün töhfələr vermək məqsədilə BDU jurnalistika fakultəsi ilə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası arasında əlaqələrin genişləndirilməsi və səylərini birləşdirilməsi qərara alındı.

Digər yazılar

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub

Professor Cahangir Məmmədli ilə görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək