1079 08-04-2021

“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar

 Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı Aygün Qurbanlının “Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminarı keçirilib. Seminarı giriş sözü ilə elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva acaraq tədbir iştirakçılarını salamlayıb, doktorant haqqında qısa məlumat verdikdən sonra sözü iddiaçıya verib.
İddiaçı Aygün Qurbanlı çıxış edərək Azərbaycan internet mühitində onlayn media sisteminin inkişafı və formalaşmasından bəhs edib. Doktorant Azərbaycanda internet medianın yaranmasının ötən əsrin 90-cı illərinin ortalarına təsadüf etdiyini, öncə qəzetlərin onlayn versiyaları, sonra isə sırf internet media kimi yaradılan resurslarının da sayının sürətlə çoxaldığını elmi seminar iştirakçılarının diqqətinə çatdırıb. Hazırda ölkədə bir-birindən fərqli dizaynda olan xəbər saytları, informasiya agentlikləri, elektron qəzetlər, internet tv və radionun formalaşması, fəaliyyətdə olan saytların təməl prinsipləri və növləri haqqında geniş məlumat verib. Çıxışını bitirdikdən sonra  Aygün Qurbanlı seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 
Daha sonra S. Əliyeva sözü doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədliyə verib. A.Məmmədli doktorant və dissertasiya mövzusu barədə qısa məlumat verib və seminar iştirakçılarına öz təşəkkürünü bildirib.
Seminarda iştirak edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri professor Cahangir Məmmədli, dosent Zaur Babayev, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Sadıxova, müəllimlərdən, Mirakif Babayev  müsbət rəylərini bildirərək, doktoranta gələcək işlərində uğurlar arzulayıblar.

Digər yazılar

“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub

BDU-nun Jurnalistika fakültəsində görüş

Professor Cahangir Məmmədli ilə görüş

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir

Yeni tədris iliniz mübarək!

“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub

"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

Zaman bir olmaq zamanıdır

Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil

BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

Vikipediya qrupu yaradılıb

Videomontaj təlimlərinə start verilib

BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib

BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır

Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib

Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək