Jurnalistika fakültəsində “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “20 Yanvar: həqiqətin özü” adlı elmi seminar keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirib.
Daha sonra Sosial Tədqiatlar Mərkəzinin direktor müavini, politoloq, siyasət üzrə elmlər doktoru Elşad Mirbəşiroğlu “20 Yanvar faciəsi: səbəbləri, nəticələr” adlı məruzə ilə çıxış edib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, silahsız mülki şəxsləri, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, bununla da beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur. Doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən gənc jurnalistlərin vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik”.
Tədbirdə iştirak edən professorlar Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli 20 Yanvar faciəsinin başvermə səbəbləri barədə məlumat verib, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığı, bu qanlı hadisələrin xalqımızın müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmində olmasını bir daha nümayiş etdirdiyi vurğulayıblar.
Mərasimdə çıxış edən fakültənin üçüncü kurs ingilis bölməsinin tələbəsi Hacıbaba Mustafayev qeyd edib ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Faciə xalqımızın milli azadlıq uğrunda məbarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilməyib əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan edib.
Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
“Azərbaycanda internet medianın fəaliyyəti” mövzusunda onlayn elmi seminar
“MOLLA NƏSRƏDDİN” jurnalının 115 illiyi qeyd olunub
BDU-nun Jurnalistika fakültəsində görüş
Professor Cahangir Məmmədli ilə görüş
BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır
Ermənistan Cənubi Qafqaz regionunda sülhə təhdiddir
Yeni tədris iliniz mübarək!
“Media könüllüləri - 145” üzvlərinin ilk onlayn görüşü olub
"Jurnalistikanın müasir problemləri" mövzusunda Beynəlxalq elmi konfrans keçirilib
Zaman bir olmaq zamanıdır
Azərbaycanda mətbuatın inkişafını şərtləndirən əsas amil
BDU-nun rektoru Universitetin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
Vikipediya qrupu yaradılıb
Videomontaj təlimlərinə start verilib
BDU-da 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib
BDU-nun Jurnalistika fakültəsi Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa hazırdır
Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib
BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək